Sizə nələri vəd edirik?

Sizə uyğun şərtlərlə

Hər müştəriyə fərdi olaraq yanaşan şirkətimiz sizə ən uyğun şərtlərlə yeni ev arzunuzu reallaşdırır.

Təmirli və təmirsiz mənzillər

Sərfəli kredit şərtləri ilə tam təmirli mənzilləri və istəyə uyğun planlama ilə təmirsiz mənzilləri gələcək sakinlərimizə təklif edirik.

Tam təhlükəsiz və rahat həyat

Güvənlə inşa etdiyimiz “Xəzər Bağları” yaşayış kompleksində tam təhlükəsiz və rahat həyat sizi gözləyir.

"Xəzər Bağları" yaşayış kompleksi

Play Video
d

Haqqımızda​

2008-ci ildən «Qalib — EL» MTK adı altında uğurlu bir layihə ilə «Xəzər Bağları» yaşayış kompleksinin inşaatına başlamış şirkətimizin əsas qayəsi etibarlılıq və dürüstlük kimi dəyərlərə əsaslanaraq bu böyük layihəni ərsəyə çatdırmaqdır.

 Bu gün «Xəzər Bağları» yaşayış kompleksi nümunəvi bir yaşayış kompleksidir. Digər yaşayış komplekslərindən fərqli olaraq, “Xəzər Bağları”na aid olan ərazinin 20%-i tikililər, 80%-i isə şirkətimiz tərəfindən həyətyanı sahə kimi ayrılmışdır. Bu üstünlük ilk öncə sakinlərin istifadəsi, daha sonra təhlükəsizlik və rahatlıq baxımından çox önəmlidir. “Xəzər Bağları” yaşayış kompleksində inşa olunan binalarda hər bir mənzil təbii işıqlanma ilə tam olaraq təmin edilmişdir. Bu da öz növbəsində  sağlamlığa və eyni zamanda təhlükəsizliyə xidmət edir. Təbii ki, binalar arasında olan geniş məsafə, həyətdəki geniş uşaq oyun meydançası təhlükəsizliyin, rahat bir yaşamın taminatıdır.

 Bizim şüarımız: “Olacaq, bitəcək, gözlənilir deyil, tam əksinə, real olaraq, gəlin, baxın, bəyənin və seçin!”

 Bizim hədəfimiz hər bir mənzil ehtiyacı olan müştərilərə «Xəzər Bağları» ilə yaxından tanış olduqdan sonra, arzu etdikləri gözəl bir kompleksdə olduqlarını hiss etdirməkdir.

 İnşa etdiyimiz binalar 10 mərtəbəli, 2 girişli, 1, 2 və 3 otaqlı mənzillərdən ibarətdir. Yaşayış kompleksimizdəki mənzillərin sahəsi iç ölçüləri ilə təqdim edilir, yəni heç bir arakəsmə, sütun və şaxta satışa təqdim edilən mənzillərdə sahəyə daxil edilmir. Bizim müştərilərə təqdim etdiyimiz mənzillər kommunal xidmətlərlə və çıxarışla (kupça) təmin edilir.

 Təhlükəsizliyiniz və rahatlığınız üçün 24 saat mühafizə xidməti, uşaq bağçası, yeraltı avtodayanacaq, yüksək keyfiyyətli internet tam təmin edilmişdir. Bununla yanaşı yaşayış kompleksimiz şəhərin dənizə yaxın olan çox gözəl bir  ərazisində yerləşir. Zabrat-Kürdəxanı yolunun üstündə, Məmmədli dairəsinin yaxınlığında yerləşən kompleksimizdən istər paytaxta, istər Sumqayıt şəhərinə, istər dairəvi yolla rayonlara və əlavə olaraq isə yeni istifadəyə verilmiş elektrik qatarı ilə rahat bir şəkildə  şəhərin mərkəzinə (“28 May” metro stansiyasına) gediş və gəlişinizi təmin edə biləcəksiniz.

 Mənzil sahibi olmaq arzusunda olan bütün müştəriləri kompleksimizə dəvət edirik. Təmirli və təmirsiz mənzillərimizi həm 3 illik faizsiz daxili kredit şərtləri ilə, həm də dövlət ipotekası ilə əldə edə bilərsiniz.

 Gözəl yaşamaq hər birimizin haqqıdır. Hər kəsə «Xəzər Bağları» yaşayış kompleksindəki mənzillərimizdə gözəl və firavan günlər yaşamağı arzu edirik.