03

Apartments plans

2008 — ci ildən «Qalib — EL» MTK adıyla uğurlu bir layihə ilə «Xəzər Bağları» yaşayış kompleksinin inşaatına başlamış şirkətimizin əsas qayəsi etibarlılıq və dürüstlük kimii dəyərlərə əsaslanaraq bu böyük layihəni ərsəyə çatdırmaqdır. Bu gün «Xəzər Bağları»yaşayış kompleksi çox-çox şükürlər olsun ki, ölkəmizin nümunəvi bir yaşayış kompleksidir. Digər yaşayış komplekslərindən fərqlidir. Xəzər bağlarına aid olan ərazinin 80%-nin şirkətimiz tərəfindən həyətyanı sahə kimi ayrılması, özlüyündə ilk öncə sakinlərin istifadəsi üçün və daha sonra isə təhlükəsizliy və rahatlığ üçün çox önəmlidir. Xəzər Bağları yaşayış kompleksində inşa olunan binaların bütün mənzillərinin təbii işıqlandırılması tam olaraq təmin edilmişdir.Bu da ilk növbədə sağlamlığa və eyni zamanda təhlükəsizliyə xidmət edir .Təbii ki,binalar arasındakı olan geniş məsafə təhlükəsizliyə,rahat bir yaşama tam uyğundur.Bizim şüarımız: olacaq, gözlənilir deyil real olaraq , gəlin , baxın, seçin və bəyənin. Bizim hədəfimiz hər bir mənzil ehtiyacı olan müştərilərə “Xəzər Bağları” ilə yaxından tanış olduqdan sonra, arzu etdikləri gözəl bir kompleksdə olduqlarını hiss etdirməkdir. İnşa etdiyimiz binalar 10 mərtəbəli, 2 girişli, 1,2 və 3 otaqlı mənzillərdən ibarətdir.Bizim müştərilərə təqdim etdiyimiz mənzillərin sahələri təmiz olaraq içdən içə hesablanır. Yəni heç bir hörgü ,arakəsmə ,sütün və şaxtalar mənzil sahəsinə daxil edilmir. Bununla yanaşı kompleksimiz şəhərimizin dənizə yaxın olan çox gözəl bir hissəsində yerləşir. Kompleksimizdən istər şəhərə ,istər dairəvi yolla rayonlara və əlavə olaraq ən qısa zamanda istifadəyə buraxılacaq olan qatar elektrik stansiyası ilə rahat bir şəkildə gediş və gəlişinizi təmin edə biləcəksiniz. Mənzil sahibi olmaq arzusunda olan bütün müştəriləri kopleksimizə dəvət edirik. Mənzillərimizi əldə etmək üçün kredit şərtləri də mövcuddur.( daxili faizsiz kredit və ipoteka kreditləri) Gözəl yaşamaq hər birimizin haqqıdır. Hər kəsə “Xəzər Bağları” yaşayış kompleksindəki mənzillərimizdə gözəl və firavan günlər yaşamaq arzusu ilə.

KONTAKT

Xəzər Bağları
1000 Baku, Azerbaijan
Zabrat, Pirjağı yolu
Telefon: (012) 551 78 51
(050) 462 62 62
Email:
sales@xazarbaglari.az

ÜNVAN

YAZ